FLEKSÚRA – monoklinal fonda çox dik yatmış süxur laylarından ibarәt tektonik struktur; horizontal yatmış süxurların dirsәk şәkilli әyilmәsi. Adәtәn, F.-ya birqanadlı qırışıq kimi dә baxılır. Qanadın qalxmış vә enmiş hissәlәrindә laylar eyni, yaxud tәqr. eyni (çox vaxt üfüqi) yatıma malik olur; onları birlәşdirәn orta hissәdә isә laylar adәtәn dik yatır. Qanadın qalxmış vә enmiş hissәlәri arasındakı şaquli mәsafә F.-nın amplitudu (hünd.) adlanır. F.-nın ölçüsü m-ә qәdәrdәn bir çox km-әdәk, qanadlarının meyilliyi hiss olunacaq dәrәcәdәn şaquliyәdәk olur. F.-lar platformalarda vә qırışıqlıq vilayәtlәrdә yayılmışdır. Ən iri F.-ya platformaların kәnarlarında vә sineklizlәrin yamacında rast gәlinir. Bәzi neft yataqları F.-larla әlaqәdardır.