FLEKTİV DİLLƏR, i n s i r a f i d i l l ə r - dünya dillərinin tipoloji (morfoloji) təsnifinə görə (bax Dillərin təsnifatı) bölgüsündə 4 qrupdan biri. Hind-Avropa dillərinin bir çoxu (məs., rus, alman, latın və s.), sami dilləri və s. dillər F.d.-ə aiddir. F.d.-də müxtəlif qrammatik mənalar, sözdəyişmə və sözdüzəltmə, iltisaqi dillərdən fərqli olaraq, əsasən, fleksiya vasitəsilə yaranır. F.d. xarici və daxili fleksiyanın üstünlüyünə görə 2 yarımqrupa bölünür.
Əd.: Q u r b a n o v А. Ümumi dilçilik. C. 1. B., 2004; A x u n d o v А. Ümumi dilçilik. B., 2006.