FLEKTÍVLİK, i n s i r a f i l i k – sintetik dillәrin bir çoxuna xas olan vә sintetizm çәrçivәsindә iltisaqilәşmәyә qarşı qoyulan sözdәyişdirici şәkilçiliyә meyil. Kvantitativ tipologiyaya görә, F. (yaxud F. dәrәcәsi) mәtnin müәyyәn hissәsindә fleksiyaların sayının sözün işlәnmә sayına olan nisbәtidir. F. bir sıra xarakterik әlamәtlәrlә sәciyyәlәnir: k u m u l y a s i y a – bir sözdәyişdirici şәkilçidә müxtәlif qrammatik kateqoriyalara aid bir neçә qrammemin daim birlәşmәsi; sözdәyişdirici şәkilçilәrin o m o s e m i y a s ı, başqa sözlә, eyni qrammatik mәnanı vә ya mәcmu mәnaları ifadә etmәk üçün paralel (eynimәnalı) şәkilçilәrin olması; f u z i y a – әlavә olunan şәkilçinin tәsirilә morfemin tәrkibindә baş verәn fonetik dәyişiklik, birlәşmә.
F. ilә iltisaqilәşmә arasında mütlәq sәrhәd yoxdur: çox vaxt bir dildә flektiv әlamәtlәr iltisaqi әlamәtlәrlә üst-üstә düşür; tarixi inkişaf prosesindә iltisaqi quruluş flektiv quruluşla әvәz oluna bilәr, F. isә öz növbәsindә tәdricәn yerini analitizmә verә bilәr; ingilis, fransız, bolqar vә bәzi müasir hind-Avropa dillәrinin tarixindә bu, sәnәdlәr lә tәsdiq olunmuşdur.