FLEMMİNQ (Flemminq) Valter (21.4.1843, Zaksenberq, indiki Şverin hüdudlarında – 4.8.1905, Kil) – alman histoloqu, Almaniya “Leopoldina” tәbiәtşünaslar akademiyasının üzvü (1879). Gettingendә, Tübingendә tibbi öyrәnmiş, tәhsilini Rostokda bitirmişdir (1868). Praqa (1873 ildәn ) vә Kil (1876 –1901) un-tlәrinin prof.-u. Əsәrlәri toxumaların regenerasiyası, birlәşdirici vә piy toxumalarının öyrәnilmәsi, follikulların qurluşu, spinal qanqli hüceyrәlәrinin vә s. öyrәnilmәsi sahәsindәdir. Onun işlәyib hazırladığı fiksasiya (Flemminq mayesi) vә rәnglәmә metodlarının kömәyi ilә protoplazmanın, nüvәnin, sentrposomların qurluşunu vә hüceyrәnin bölünmә (düzünә vә әyri) prosesini xüsusilә dәqiqliklә öyrәnmişdir. Bu tәdqiqatlar sitologiyanın inkşafında böyük әhәmiyyәt kәsb edirdi; fiksasiya vә rәnglәmә metodları laboratoriya praktikasında geniş yayılmışdır.