FLEROVİUM, Fl – süni radioaktiv kimyәvi element; dövri sistemin qısa formasının IV qrupunda (uzun formasının 14-cü qrupunda) yerlәşir; transaktinoidlәrә aiddir. at.n. 114. Stabil izotopları yoxdur; kütlә әdәdi 285–289 olan izotopları mәlumdur; daha uzunömürlü 289Fl-dur (T1/2 1,9 san., α-parçalanma). 2011 ildә Beynәlxalq Nәzәri vә Tәtbiqi Kimya İttifaqı (JUPAC) “F” adını (Birlәşmiş Nüvә Tәdqiqatları İn-tunun Q.N.Flyorov ad. Nüvә Reaksiyaları Laboratoriyasının şәrәfinә) tәsdiq etmişdir. Çәki miqdarlarında alınmamışdır. Tәxminәn gümüşü-ağ metaldır, atomunun xarici elektron tәbәqәlәrinin hesablanmış konfiqurasiyası 5f146d107s27p2, oksidlәşmә dәrәcәsi +2 vә +4; kimyәvi xassәlәrinә görә qurğuşunun analoqu ehtimal olunur.