FLÉYTA (ital. flauto, alm. Flöte) – nәfәs musiqi alәti (aerofon). Qәdim dövrlәrdәn mәlumdur. F. adәtәn boru formalı olur, lakin boruyabәnzәr gövdәli F.-ya da rast gәlinir. F.-lar (yaxud F.-ya bәnzәr alәtlәr) horizontal (yan F.) vә şaquli; dәlikli vә dәliksiz; tәk vә qoşa borulu, çoxborulu; açıq vә bağlı vә s. olur. F.-lar oduncaq, qamış, bambuk, sümük, gil vә s.-dәn hazırlanır; dünya mәdәniyyәtlәrinin çoxunda nәfәs musiqi alәtlәri içәrisindә әsas alәtdir. Kaval, kuray, nay, syakuhati, tilinka, fluer әnәnәvi fleyta nümunәlәridir. Horizontal F. opera ork.-i vә kamera ansamblına 17 әsrdә daxil edilmişdir. 18 әsrin 1-ci yarısından horizontal F.-ya klapanlar artırılaraq tәkmillәşdirilmiş, 19 әsrin әvvәllәrindә 8 klapanlı F. qәbul olunmuşdur. Sonrakı әsaslı tәkmillәşdirilmә T.Böm tәrәfindәn aparılmışdır; 1920-ci illәrdәn bu, әn çox işlәnilәn modeldir. Belә ki, F. “müasir”, “böyük” F., uz. 68–72 sm, diametri tәqr. 2 sm olan 3 hissәli dәmir silindrik gövdәdәn ibarәtdir. Müasir F.-nın müxtәlif növlәrindәn kiçik F. – pikkolo geniş yayılmışdır. Simfonik ork.-dә, bir qayda olaraq, iki F. vә bir F.-pikkolodan istifadә olunur. Horizontal F.-da çalmaq üçün ilk vәsait 1707 ildә (müәllifi fransız musiqiçisi L.Otteter) nәşr olunmuşdur. F.-dan istifadәnin mükәmmәl nümunәlәri A.Vivaldi vә İ.S.Baxın әsәrlәrindә geniş yer tutur. 19 әsrdә F.-nın texniki imkanları dәyәrlәndirilmiş, qastrollara çıxan virtuoz fleytaçılar şöhrәt qazanmışlar (K.Dopler, F.Dopler, K.P.Taffanel). 20 әsrdә F. üçün yazılmış әsәrlәrdәn S.Barber, F.Şmitt, K.Nilsen, J.İber vә b.-nın konsertlәrini, S.S.Prokofyev, P.Hindemit, F.Pulenk, D.Miyo vә b.-nın sonatalarını göstәrmәk olar. F.-nın tarixi növlәrindәn autentik ifaçılıqda istifadә olunur.
Fleyta-pikkolo.
Azәrb. bәstәkarlarından O.Zülfüqarov, S.Fәrәcov vә b. fleyta ilә ork. üçün әsәrlәr yazmışlar.
Əd.: Усов Ю.А. История зарубежного исполнительства на духовых инструментах. 2-е изд.М.. 1989.