FLİKKER EFFEKTİ (ing. flicker–parıldama, sayrışma) – elektrovakuum vә qazboşalma elektron cihazlarında elektrik cәrәyanlarının vә gәrginliklәrinin zәif fluktuasiyası; katod maddәsi atomlarının buxarlanması, onların dәrin qatlardan sәthә diffuziyası, müsbәt ionlarla katodun bombardman edilmәsi (ion nüfuzetmәsinә vә katodun sәthindә aşqar atom tәbәqәlәrinin yaranmasına gәtirir) vә katodun struktur dәyişikliklәri ilә şәrtlәnir.