FLİNDERS – Avstraliyanın c.-unda, Spenser körfәzindәn şm.-da silsilә. Uz. tәqr. 400 km, hünd. 1165 m-әdәkdir (Sent-Meri-Pik d.). Gil şistlәrindәn, kvarsitlәrdәn, dolomitlәrdәn ibarәtdir. Az-maz kolluqlar var. Flinders-Reynces Milli Parkı buradadır. Avstraliyanın tәdqiqatçısı ingilis M.Flindersin şәrәfinә adlandırılmışdır.
Flinders dağları.