FLİNT-RİC (Flint Ridge Cave) – ABŞ-da karst mağarası. Missisipi platosunda Flint silsilәsi r-nunda, Mamont mağarası Milli Parkı (Kentukki ştatı) әrazisindәdir. Daş kömür sisteminin әhәngdaşında yaranmışdır. 1972 ilәdәk bütün keçidlәrin vә zalların ümumi uzunluğuna (121 km) görә dünyada әn irilәrdәn biridir. 1972 ildә bu mağaranın qonşuluqda yerlәşmiş Mamont mağarası ilә әlaqәsi aşkar edilmişdir; birlәşmiş mağaraların (bәzәn Mamont mağarası adlandırılır) ümumi sistemi 233 km uzunluğa malikdir (1973).
Flint-Ric mağarası.