Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLİŞ 

    FLİŞ (alm. flieβen – sızma, axma) – qırıntı mәnşәli, әsasәn, dәniz çökmә süxurlarının qalın qatı. Aşağı hissәsi kobud dәnәli (konqlomerat vә qumdaşları), yuxarı hissәsi isә narındәnәli süxurlardan (gil, mergel vә bәzәn әhәngdaşıdan) ibarәt ritmik tәkrarlanan laylardan tәşkil olunur. F. intensiv dislokasiyaya uğramış qırışıqlıq vil.-lәrindә geniş yayılmışdır. F.-dә daşlaşmış qalıqlara nadir hallarda tәsadüf edilir. F. üçün müxtәlif formalı vә mәnşәli heroqliflәr xarakterikdir. Proterozoy, Paleozoy (Uralda Daş kömür F.-i), Mezozoy (Krımda Trias F.-i, Qafqaz vә Alp d-rında Yura vә Tәbaşir F.-lәri) vә Kaynazoy (Karpat d-rında Paleogen F.-i) fliş seriyaları mövcuddur. Fliş formasiyalarının qalınlığı bir neçә yüz m-dәn 10–12 km-әdәk olur. Karbonatlı F. sement xammalıdır; terrigen vә silisiumlu F.-dә neft-qaz, bәzәn sulfid filizlәri yataqlarına rast gәlinir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN