FLİYER Yakov Vladimiroviç (21.10. 1912, indiki Moskva vil.-nin, Orexovo-Zuyevo ş. - 18.12.1977, Moskva) - rus pianoçusu, SSRİ xalq artisti (1966). 1934 ildə Moskva konservatoriyasını bitirmişdir. Leninqradda musiqi ifaçılarının ci Ümumittifaq müsabiqəsində (1935) və Vyanada pianoçuların beynəlxalq müsabiqəsində (1936) 1-ci mükafata, Brüsseldə pianoçuların E.İzai ad. beynəlxalq müsabiqəsində (1938) 3-cü mükafata layiq görülmüşdür. 1935 ildən Avropa ölkələrində, ABŞ və Yaponiyada qastrol səfərlərində olmuşdur. F.List, F.Şopen, P.İ.Çaykovski və S.V.Raxmaninovun musiqilərinin interpretatoru kimi şöhrət qazanmışdır. 1937 ildən Moskva konservatoriyasında dərs demişdir (1947 ildən prof., 1965 ildən fp. kafedrasının müdiri). L.N.Vlasenko, R. K. Şedrin, V.V.Postnikova, M.V.Pletnyov onun şagirdləri olmuşlar