Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLOBÉR 

    FLOBÉR (Flaubert) Qustav (12.12.1821, Ruan – 8.5.1880, Ruan yaxınlığında, Kruasse) – fransız yazıçısı. Hәkim ailәsindә doğulmuşdur. 1840–43 illәrdә Paris un-tinin hüquq fakültәsindә tәhsil almış, lakin xәstәliyә tutulduğu üçün tәhsilini yarımçıq qoymuşdur. 1844 ildәn, әsasәn, Kruassedә yaşamışdır. 1848–52 illәrdә Şimali Afrika vә Şәrq ölkәlәrinә sәyahәt etmiş, İstanbul vә Yerusәlimdә olmuşdur. Erkәn yaradıcılığı fransız romantizmi ruhunda idi: “Qarşısıalınmaz arzu” (1836) povesti, “Ağılsızın memuarları” (1838 ildә tamamlanmışdır, nәşri 1901) romanı vә s. 1848 ildә Fransada inqilab nәticәsindә baş verәn siyasi dәyişikliklәr, İkinci İmperiyanın yaranması F.-in bәdii yaradıcılığının formalaşmasına güclü tәsir göstәrmişdirş. F.-in әn mәşhur “Madam Bovari: Əyalәt әxlaqı” (1851–56, nәşri 1857; dәfәlәrlә ekranlaşdırılmışdır) romanının qayәsini baş qәhrәmanın – romantik әdәbiyyatla tәrbiyә olunmuş Emma Bovarinin mәnәvi iztirabları vә ümüdsizliyi, insanı uçuruma aparan meşşan hәyat tәrzinin, әyalәt әxlaqının tәsviri tәşkil edir. Estetik görüşlәrindә “sәnәt sәnәt üçündür” konsepsiyasının tәrәfdarı olmuş, gözәlliyi estetik kamillik kimi qiymәtlәndirmişdir. Müasir hәyata vә әtraf alәmin bayağılıqlarına qarşı müqavimәt göstәrmәyi bacarmayan müasir insana ikrah hissi, eyni zamanda koloritli ekzotik tәsvirlәrә güclü meyil mövzusu e. ә. 3 әsr qәdim Karfagen dövründәn götürülmüş “Salambo” (1862, dәfәlәrlә ekranlaşdırılmışdır; M.P.Musorqskinin tamamlanmamış eyniadlı operası, 1863–66) romanında әksini tapmışdır. “Duyğuların tәrbiyәsi” (ilk variantı 1843– 45; 1869) romanında sadәlövh әyalәt romantiki Frederik Moronun Paris cәmiyyәtinin eybәcәrliklәri ilә dramatik üzlәşmәsindәn bәhs olunur. 1877 ildә “Üç povest” [“Sadә ürәk”, “İrodiada” (J.Massnenin eyni adlı operası, 1881) “Müqәddәs Mәrhәmәtli Yulian haqqında әfsanә”] toplusu nәşr edilmişdir. “Buvar vә Peküşe” (bitmәmişdir, nәşri 1881) satirik romanı, “Müqәddәs Antoninin aldadılması” (1874) fәlsәfi dramı, “Namizәd” (1874) komediya-vodevili, “Aşiqlәr qәsri” (1880) feeriyapyesi, yol qeydlәri, mәqalәlәri, hәmçinin çoxlu yazışmaları var. 19 әsrin әn görkәmli yazıçılarından biri olan F.-in yaradıcılığı realizm әdәbiyyatının inkişafına böyük tәsir göstәrmişdir.

    Ə s ә r l ә r i: Madam Bovari. B., 1934; Собр. соч., т. 1–3, М., 1983–84.

    Əd.: С а р т р  Ж. П. Идиот в семье: Г. Флобер от 1821 до 1857. Спб., 1998; W i n o c k M. Flaubert.P., 2015.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN