FLÓRA (lat. flos – çiçәk sözündәn) – Qәdim Roma mifologiyasında çiçәklәr, gәnclik vә yaz oyanışı ilahәsi. F.-ya hәsr olunmuş floraliya bayramlarında keçirilәn müxtәlif oyunlar bәzәn pozğun sәciyyә daşıyırdı. Əlindә çiçәklәr tutmuş gәnc qız şәklindә F. obrazı tәsviri sәnәtdә çox istifadә olunan süjetdir (Tisian, N. Pussen, Rembrandt vә b.).