Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLORA 

    FLORA (lat. flora, Flora ilahәsinin adı ilә; lat. flos, yiyәlik halda floris – çiçәk) – 1) bu vә ya digәr әrazidә (vә ya akvatoriyada) bitәn bitki növlәrinin tarixәn yaranmış tәrkibi. Verilәn әrazidә biotanın mikro- vә mikobiota ilә qarşılıqlı әlaqәdә faunanın da tәrkibini müәyyәn edәn әn mühüm (kәmiyyәtcә vә keyfiyyәtcә) hissәsidir. Tәbii sәrhәdlәnmiş F. әrazisi tәbii, sәrbәst әhatәlәnmiş (o cümlәdәn inzibati) “süni” adlanır. Çox vaxt F.-da növ sayına görә daha müxtәlif olan borulu bitkilәrin tәrkibi, bәzәn mamırkimilәr, akvatoriyaların F.-sında yosunların növlәri vә müxtәlif hissәlәrinin formaları (adәtәn hamısının deyil) nәzәrә alınır. Müxtәlif әrazi F.-larının müqayisәsindә tәbii F. tiplәrini açıq vә bağlı torpaqda xüsusi becәrilәn F. tiplәrindәn ayırmaq vacibdir. Hәtta yanaşı yerlәşәn әrazi F.-ları hәmişә növ çoxluğuna vә tәrkibinin orijinallığına görә fәrqlәnir.

    F.-nın tәdqiqat obyekti hәyat (ilk növbәdә botanika) vә Yer haqqında (bitki alәminin coğrafiyası) elmlәrin qovuşuğunda olan iri (vә әn qәdimlәrindәn biri) bölmәni әhatә edir. Lakin Yer sәthinin elә әrazilәri dә var ki, orada indiyәdәk F.-nın tәdqiqi ya kifayәt qәdәr deyil ya da demәk
    olar ki, aparılmayıb. Bununla müqaisәli floristika (F. haqqında tәlim) mәşğul olur. Hәmçinin haqqında dolğun mәlumat olmamasına baxmayaraq keçmişin F.-sının (paleoflora) tәdqiqi bir çox hallarda müxtәlif әrazilәrdә onun dәyişmәsinin istiqamәtini müәyyәn etmәyә imkan verir. Lakin bu tәdqiqatların әn mühüm vә dәrindәn әsaslanan nәticәlәri müasirliyә yaxın (15 mln. il әvvәlәdәk) qısa geoloji müddәtә aiddir.

    2) F.– bu vә ya digәr әrazilәrin bitki növlәrinin tәrkibinin yekun, müfәssәl tәdqiqlәrinin adı (“SSRİ-nin Florası”, “Sibirin Florası”, “Flora Europaea” vә s.). Adәtәn, bu çoxcildli nәşrlәrdir vә bir-birilә hәr növün morfoloji tәsviri, әvvәllәr tәsvir olunmuş növlәrlә eynilәşdirmә, növlәrin areallarının xarakteristikası daxil olmaqla, taksonomik tarixi haqqında mәlumatların verilmәsi ilә fәrqlәnir.

    Əd.: Т о л м а ч е в  А.И. Введение в географию растений. Л., 1974; Ю р ц е в  Б.А., К а м е л и н  Р.В. Основные понятия и термины флористики.Пермь, 1991.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN