FLORÉNSİYA (Firenze) – İtaliyanın mәrkәzi hissәsindә şәhәr. Toskana vil.-nin vә Florensiya әyalәtinin inz. m. Əh. 377,4 min (2015); Florensiya–Prato–Pistoya şәhәr aqlomerasiyası daxilindә 1,5 mln.-dan çoxdur. Apennin d-rının q. әtәyindә, Arno çayı sahilindәdir. Avtomobil (“Günәş avtomagistralı”) vә d.y.-ları (Bolonya ilә yüksәksürәtli d.y. әlaqәsi) qovşağı. A.Vespuççi ad. beynәlxalq aeroport (1931).
Florensiya şәhәrindәn görünüş.
Qay Yuli Sezarın dövründә Roma koloniyası statusunu almış Florensiya (lat. Florentia) yaşayış mәskәninin әhalisi 2 әsrin sonlarında tәqr. 10 min nәfәrә çatmışdı. 4 әsrdәn yepiskopun iqamәtgahı idi. 5–8 әsrlәrdә ostqotların, bizanslıların, lanqobardların hakimiyyәti altında olmuş, 774 ildә franklar tәrәfindәn tutulmuşdur. 10 әsrin ikinci yarısından Toskana markqraflığının tәrkibindә idi. Tәqr. 978 ildә Müq. Mariya (Florensiya Badiyası) abbatlığının әsası qoyuldu. Ticarәt yollarının kәsişmәsindә yerlәşәn F. 11 әsrdә bank işi, ticarәt vә sәnәtkarlığın (әsasәn, mahud istehsalının) mühüm mәrkәzinә çevrildi. 11 әsrin ortalarında florensiyalılar Patariyada (Şimali İtaliyada simoniyaya – kilsә vәzifәlәrinin alqı-satqısına qarşı dini hәrәkat) fәal iştirak etdilәr, investitura uğrunda mübarizә dövründә qrafinya Toskaniyalı Matildanı dәstәklәdilәr. 1115 ilә 1138 illәr arasında F. kommuna hüquqlarını aldı. 12–13 әsrlәrdә fәal işğalçılıq siyasәti nәticәsindә F.-nın әrazisi qonşu vilayәtlәr hesabına xeyli genişlәndi. I Fridrix Barbarossanın İtaliya müharibәlәri zamanı şәhәr bitәrәf qaldı. 1193 ildә F.-da hakimiyyәt podestanın әlinә keçdi; 13 әsrdә F. qvelflәr ilә gibellinlәr arasında qarşıdurmanın mәrkәzlәrindәn birinә çevrildi, 1250 ildә popolan konstitusiyası (bax Popolanlar) qәbul edildi. 1252 ildә qızıl florinin (sonralar faktiki olaraq ümumavropa valyutası) zәrbinә başlanıldı. 1282 ildәn F. hökumәti (sinyoriya) yalnız sexlәrin nümayәndәlәrindәn formalaşdırılırdı. 1293 ildә qәbul edilmiş “Ədalәt qanunları” qrandları (әyanları) siyasi hüquqlardan mәhrum etdi. Bu hüquqlar sexlәrdә birlәşmiş şәhәrlilәrin imtiyazlarına çevrildi. 14 әsrdә F.-dakı Lan vә Seta toxuculuq sexlәrindә muzdlu fәhlә әmәyindәn istifadә olunan manufakturalar yarandı. 1378 ildә sexlәrdә birlәşmәmiş sәnәtkarların vә fәhlәlәrin, әsasәn, mahudçuların (çompi) üsyanı burada baş verdi. 1382 ildә şәhәr oliqarxiyasının (Albissi nәsli) idarәçiliyi bәrpa edildi. 1434 ildә Milan qoşunları tәrәfindәn mәğlub edildikdәn sonra F.-da Kozimo Mediçinin (bax Mediçilәr) hakimiyyәti (sinyoriya) bәrqәrar oldu. 14–16 әsrlәrdә İtaliyan İntibahının (Renessans) aparıcı mәrkәzi olmuş F.-da Dante, F.Petrarka, C.Bokkaçço, Donatello, Leonardao da Vinçi, Mikelancelo, N.Makiavelli, F.Qviççardini yaşayıb-yaradırdılar. 15 әsrin sonlarından F. mahud satışının azalmasına görә iqtisadi çәtinliklәrlә üzlәşdi. 1494 il üsyanı Mediçi nәslinin qovulması, C.Savonarola vә N.Makiavellinin rәhbәrliyi altında respublika rejiminin qurulması ilә başa çatdı. 1512 ildә Mediçi nәsli yadelli qoşunların kömәyi ilә hakimiyyәtini özünә qaytardı vә 1737 ilәdәk (1527–30 illәr istisna olmaqla) әlindә saxladı. 1532 ildә paytaxtı F. olan dövlәt Piza, Livorno vә digәr şәhәrlәrin daxil olduğu geniş әrazilәri әhatә edәn hersoqluğa çevrildi, 1569 ildәn Böyük Toskana hersoqluğu oldu. 1801–07 illәrdә Napoleon Fransasından asılı olan Etruriya krallığının paytaxtı, 1848–49 illәrdә İtaliyada inqilabi hәrәkatın mәrkәzlәrindәn biri idi. 1860 ildә Sardiniya (1861 ildәn İtaliya) krallığının tәrkibinә qatıldı, 1865–71 illәrdә onun paytaxtı oldu. 1943 ildә nasist Almaniyasının qoşunları tәrәfindәn tutuldu. İtaliya Müqavimәt Hәrәkatının mәrkәzlәrindәn biri idi. Partizanların vә ingilis-amerikan ordu birlәşmәlәrinin әmәliyyatları nәticәsindә 1944 ilin avqustunda azad edildi.
Şәhәrin düzbucaqı planlı mәrkәzi mәhәllәlәri Qәdim Roma dövrünün memarlığını әks etdirir. Hәmin dövrdәn Vekkio sarayının zirzәmilәrindә teatrın (1–2 әsrin әvvәli) arxeoloji fraqmentlәri saxlanılmışdır. 1970-ci illәrdә arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış Santa-Reparata bazilikasının qalıqları erkәn orta әsrlәrin әn әhәmiyyәtli abidәsidir. F.-nın iqtisadi inkişafı vә siyasi rolunun möhkәmlәnmәsi ilә 1000 ildәn sonra yerli memarlıq әnәnәsi olan – inkrustasiya üslubu yarandı: San-Minyato-al-Monte kilsәsi (1014–1207; interyerdә Portuqaliya kardinalının kapellası, 1459–67, memar A.Manetti, dekor L. della Robbia, A.Baldovinetti, qәbirüstü iş A.Rossellino, mehrab obrazı A. del Pollayolo), San-Covanni baptisterisi (1059 ildә tәqdis edilmişdir, interyerin apsida vә dekoru, 13 әsr, 3 cüt tunc darvaza, 14–15 әsrlәr, heykәltәraşlar Andrea Pizano, L.Giberti; günbәzin mozaikaları, 1225–1325; interyerdә Donatellonun XXIII antipapa İoannın qәbirüstü işlәmәsi, 1425–27). F. qotikasının, әn görkәmli nümayәndәsi Arnolfo di Kambio olmuşdur. Onun layihәlәri ilә Santa-Mariya-del-Fyore böyük kilsәsi (muzeyi – 1891), Vekkio sarayı, Santa-Kroçe, Badiya-Fyorentina (978 ildә әsası qoyulmuşdur, 1285 ildә yenidәn tikilmişdir, Kyostro-del-yi-Arançi hәyәti – 1432–38, memar B.Rossellino, freskalar – 1436–39, J.Qonsalviş) kilsәlәri inşa edilmişir. Qotika memarlığının digәr әhәmiyyәtli tikililәri: Santa-Mariya-Novella dominikçi monastırı (kilsә tәqr. 1246 – tәqr. 1360, memar Y.Talenti, fasad – 1456 – 1470, memar L.B.Alberti; interyerdә F.Brunelleski vә Cottonun çarmıxaçәkilmәyә hәsr olunmuş әsәrlәri, A.Orkanya, Mazaçço vә D.Girlandayonun divar rәsmlәri; İspan kapellasında Andrea da Firensenin, 1366, Kyostro-Verde-kluatrında isә P.Uççellonun divar rәsmlәri), Santa-Trinita (tikintisinә tәqr. 1250 ildә başlanılmış, layihә N.Pizanoya aid edilir, 14 әsrdә genişlәndirilmiş, fasad – 1593–94, memar B.Buontalenti; Sassetti kapellasında D.Girlandayonun – divar rәsmlәri), Santa-Mariya-del-Karmine (1268, 1771 ildә yenidәn tikilmişdir; Brankaççi kapellasında Mazolino, Mazaçço vә F.Zippinin divar rәsmlәri) vә Onyissanti (14 әsr, 17 әsrdә yenidәn tikilmişdir, fasad – 1637, memar M.Nicetti, interyerdә – S.Bottiçelli, D.Girlandayonun divar rәsmlәri) kilsәlәri. Davansati sarayı 14 әsr yaşayış memarlığın nadir nümunәsidir.
Florensiya. Pitti sarayı vә onun interyerlәrindәn biri.
F. mütәnasib üslub vә antik memarlığın ümumi prinsiplәrini, mütәnasib quruluşunu vә ayrı-ayrı motivlәrini әks etdirәn kvatroçento abidәlәri ilә zәngindir. 15 әsrin 1-ci yarısında әn mühüm tikililәr F. Brunelleski tәrәfindәn inşa edilmişdir: Ospedale-delyi-İnnoçenti (1419–27; 1445 ildә tamamlanmışdır), Santa Mariya-del-Fyore baş kilsәsinin günbәzi, San-Lorenso (1421 ildәn) vә Santo-Spirito (1434 ildәn) bazilikaları, Santa-Feliçita kilsәsindә Barbadori (hazırda Kapponi – 1420) kapellası. Ruçellai ailәsinin sifarişlәrini memar L.B.Alberti yerinә yetirmişdir: Ruçellai sarayı (tәqr. 1453) vә Lociyası (1460 ilәdәk), Santa-Mariya-Novella (1456–70) bazilikasının fasadı vә s. Yeni memarlıq prinsiplәri San- Marko (1436 ildәn sonra, memar Mikelotso di Bartolommeo, interyer rәsmlәrini Fra Anceliko, D. Girlandayo, Fra Bartolommeo işlәmişlәr) monastırının yenidәn inşası zamanı hәyata keçirilmişdir.
Vekkio sarayının Beşyüz monumental zalının inşası vә tәrtibatına başlanılması (1494–95, memar S. del Pollayolo) resp. dövrünә aiddir. Hәmin dövrün bәdii cәhәtdәn әn mühüm memarlıq işlәri Mikelanceloya mәxsusdur: San-Lorenso kilsә kompleksindәki Laurensiana kitabxanasının interyeri (sonrakı tamamlamalarla birlikdә 1523–33), fasadın daxili hissәsindәki mәrkәzi portalın tәrtibatı vә Mediçi kapellası (Yeni sakristiya – 1520–34).
I Kozimo Mediçi hakimiyyәtә gәldikdәn sonra şәhәrdә tikinti işlәri yenidәn canlandı. Saray memarı C.Vazarinin layihәlәri әsasında manyerizm üslubunda Uffitsi qalereyasının binası (1560–1564), Uffitsi binasını Pitti sarayı ilә birlәşdirәn Vazari dәhlizi inşa edildi; bir sıra orta әsr kilsәlәrinin interyerlәrinin vә Vekkio sarayının genişmiqyaslı yenidәnqurulması hәyata keçirildi, B. Ammanatinin layihәsi ilә Pitti sarayının hәyәti (1560–77) vә Santa-Trinita körpüsü tikildi (1567–71). Fortessa-da-Basso qalası (1534–37, memarlar Pyerfrançesko da Viterbo, Kiçik A. da Sanqallo) istehkam memarlığı abidәsidir. “Herkules vә Kakus” (1530–34, heykәltәraş B. Bandinelli), Neptun fәvvarәsi (tәqr. 1560–75, heykәltәraş Ammanati), I Kozimo Mediçinin atlı heykәli (1587–93, heykәltәraş Cambolonya) vә s. heykәllәr Pyatsa della-Sinyoriya meydanında qoyulmuşdur.
San-Lorenso kilsәsi nәzdindәki Şahzadәlәr kapellası (tikintisinә 1604 ildә Don C.Mediçi vә M.Nicettinin layihәsi әsasında başlanılmışdır) Son İntibah dövründәn barokko üslubuna keçidi әks etdirirdi. [Santi-Mikele-e-Qaetano (1604–1701, memarlar M.Nicetti, Q.Silvani vә b.), San-Firense (tikintisinә 1667 ildә başlanılmış, memar P.F.Silvani) kilsәlәri, Korsini (tikintisinә 1656 ildә başlanılmış, memarlar Kiçik A.Parici, F.Takka, A.M.Ferri vә b.) vә Bastoci (tәqr. 1740, memar Ruceri)] sarayları yetkin barokko memarlığı nümunәlәridir. Boboli bağlarındakı Qәhvә evciyi (1774–75, memar Dzanobi del Rosso) şәhәrdә rokoko üslubunda sayca az olan tikililәrdәn әn әhәmiyyәtlisidir. P.Poççanti Pitti sarayının yan rizalitlәrini vә baş pillәkәnini işlәmiş (1840-cı illәr) neoklassisizm memarlığının әn görkәmli nümayәndәsidir. F.-nın qısa müddәtdә yenidәn yaradılmış İtaliya krallığının paytaxtına çevrilmәsi bir çox mәhәllәlәrdә tarixi kontekstin itirilmәsinә (mәs., Respublika meydanı ansamblı, 1885–1895) sәbәb olsa da, şәhәrsalma işlәrinә qüvvәtli tәkan verdi: şәhәrin mәrkәzindә vә kәnarlarda xeyli sayda, yaşayış evlәri, şәhәrәtrafında villalar tikildi. 19 әsrin 2-ci yarısında F.-nın memarlıq simasının dәyişilmәsindә C.Pocinin layihәlәri mühüm rol oynamışdır: Mikelancelo pyatsalesi (1869), Bekkaria (1877) vә della-Liberta (1865–1875) meydanları; çox sayda özәl villa vә saraylar. 19 әsr memarlığında, әsasәn, Yüksәk vә Son İntibah formalarına üstünlük verilmişdir.
Modern üslubunda bir neçә özәl villa tikilmişdir: Ravatsini (1907), Broci-Karaçeni (1910–11) vә Qaleotti–Flori (1914–15) vә Viki qalereyası (1911, hamısı C.Mikelatsinin layihәlәri әsasında). Kral pavilyonu (1935) vә qazanxana binası ilә birlikdә (A.Madzoninin layihәsi әsasında, 1929–34) rasionalizm formasında Santa-Mariya-Novella (1932–35, memar C.Mikeluççi) dәmiryol vağzalı italyan modernizminin әn maraqlı abidәlәrindәndir. Mikeluççinin digәr әsәrlәri: Ponte-alle-Qrasiye köprüsü (1957), poçt idarәsinin binası (1959–67) vә Avtomagistal kilsәsi (1964). Ədliyyә sarayı (layihә 1970-ci illәr, bina 1999–2012, memar L. Riççi) 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә inşa olunmuş әn möhtәşәm memarlıq әsәridir. F.-nın tarixi mәrkәzi Ümumdünya irsi siyahısına daxil edilmişdir.
İntibah dövrünün әn iri musiqi mәrkәzlәrindәn biri olan F. hәmçinin beynәlxalq әhәmiyyәtli elm vә mәdәniyyәt mәrkәzidir. Sesto-Fyorentino şәhәrәtrafında şm.-q. elmi tәdqiqatlar üzrә Şuranın elmi parkı, şәhәrin özündә isә F. Britaniya in-tu (1917), İtaliya Soka hakkay buddist in-tu (1998) vә YUNİSEF-in tәdqiqat şöbәsi yerlәşir.
Ali tәhsil müәssisәlәri: Florensiya universiteti, Beynәlxalq incәsәnәt un-ti (1970) vә s., o cümlәdәn dünyada ABŞ hüdudlarından kәnarda yerlәşәn amerikan un-tlәrinin әn çoxu akademiyalar: Rәssamlıq (1561; 1784 ildәn indiki adı ilә), rәsm sәnәti (1563), Della Kruska akademiyası, “Ceorqofili” (1753; aqronomiya, kәnd vә meşә tәsәrrüfatı), İtaliya (1984; incәsәnәt, yüksәk moda vә dizayn) vә s.; in-tlar: ümumavropa “Vyösö kabineti” (1819; qәdim kitabların öyrәnilmәsi vә bәrpası), Dövlәt incәsәnәt (1869), “Lorenso de Mediçi” incәsәnәt (1973) vә s.; müstәqil kino milli mәktәbi, “Opus Ballet” beynәlxalq xoreoqrafiya mәrkәzi (hәr ikisi 1999), Dante İtaliya cәmiyyәti (1889); kitabxanalar: F. milli mәrkәzi (1714; İtaliyada әn iri), Rikkardiana (1600), Laurensiana (dünyada әn böyük nadir manuskript toplulardan biri) vә s. fәaliyyәt göstәrir.
90-a yaxın muzey, o cümlәdәn İtaliyanın 15 әn böyük muzeyindәn 5-i F.-dadır. Muzeylәr: Uffitsi, Barcello, Pitti vә Mediçi kapellası (ailә sәrdabәsı), milli arxeologiya muzeyi (1870), Davansati sarayı (20 әsrin әvvәllәri), Q. Qaliley (1930), Florensiya mozaikası (1975; dünya әhәmiyyәtli bәrpa emalatxanası, 1588), natürmort (2007), Horn (14–16 әsrlәr incәsәnәti), musiqi alәtlәri (1996 ildәn Akademiya qalereyasının nәzdindә) vә s. var. Ən iri dövlәt muzeylәri “Polo Museale Fiorentino” muzey kompleksindә birlәşdirilmişdir.
“Qoldoni” (1817), “Metastazio” (1830), “Limonari” (1987) dram teatrları, “Komunale” (1862), “Verdi” (1854 ildә “Palyano” kimi yaradılmışdır, 1901 ildәn indiki adı ilә), “Puççini” (1940) vә s. multijanrlı teatrlar var. F. beynәlxalq teatr şirkәti fәaliyyәt göstәrir (2005). Operalar “Perqola” (1656; 1718 ildәn müntәzәm tamaşalar), “Qoldoni”, “Verdi” teatrlarının sәhnәlәrindә tamaşaya qoyulur. 2011 ildәn “Komunale” teatrının opera tamaşaları Musiqi vә mәdәniyyәt parkındakı “Florensiya operaları” sәhnәsindә (F.-nin әn iri konsert vә festival meydançası) göstәrilir. Toskana kamera (1980), İtaliya gәnclәr (1984) orkestrlәri, L.Kerubini ad. konservatoriya (1923) var. Beynәlxalq “Florensiya musiqili mayı” (1933 ildәn, 1937 ildәn hәr il; daimi orkestr vә xoru, әn nüfuzlu klassik musiqi festivallarından biri), “Fabrika Europa” müasir teatr (1994 ildәn hәr il) festivalları keçirilir.
Mars meydanındakı idman kompleksinә A.Franki ad. futbol [1931, 1990 ildә yenidәn qurulmuşdur; 46,3 min yer; “Fiorentina”, 1926; 2 dәfә ölkә çempionu (1956, 1969) vә 6 dәfә İtaliya kubokunun sahibi (1940–2001)] vә L.Ridolfi ad. yüngül atletika (2001; 12 min yer) stadionları; basketbol vә beysbol zalları, tennis kortları, qolf üçün meydançalar, üzgüçülük hovuzları vә s. daxildir. 2013 ildә F.-da velosiped idmanı üzrә dünya çempionatı keçirilmişdir.
Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası (işlәyәnlәrin tәqr. 70%-i, 2015) tәşkil edir; aparıcı sektorları: inzibati, maliyyә, nәql.-logistika, dizayner xidmәtlәri, ticarәt, nәşriyyat işi, turizm biznesi. Aİ-nin tarixi sәnәdlәri arxivi, İtaliyanın bir sıra şirkәtlәrinin vә pul-kredit in-tlarının (o cümlәdәn “Banca Toscana” kommersiya bankı) mәnzil-qәrargahları F.-da yerlәşir. Şәhәr italiyan modası vә nәşriyyat işi mәrkәzlәrindәn biridir; “Gucci”, “Roberto Cavalli”, “Enrico Coveri”, “Salvatore Ferragamo” vә s. moda evlәri, “Guinti” (1841), “Remo Sandron”, “Le Monnier” vә s. nәşriyyat evlәri burada yerlәşir. Fotonika, biotәbabәt, energetika vә әtraf mühitin mühafizәsi üçün mexanika, informasiya vә telekommunikasiya xidmәtlәri sahәsindә tәqr. 400 şirkәt (iş yerlәrinin tәqr. 1/3-ini tәmin edir) tәrәfindәn tәdqiqatlar aparılır.
Mühüm sәnaye mәrkәzidir. Aparıcı sahәlәri: cihazqayırma, tökmә mәmulatlar (“Nuovo Pignone” şirkәtinin müәssisәsi), sәnaye avadanlıqları vә mәişәt elektrik cihazlar (“Galileo TP Process Equipment” – soyuducu, kondisioner, vakuum avadanlığı), işıqlandırma texnikası, fotoaparat, kosmetika vә әczaçılıq (İtaliyada biotexnologiyaların inkişafı mәrkәzi olan “Eli Lilly and Company” Amerika şirkәti kompleksi) preparatları, mebel, çini vә şüşә (“Richard Ginori”; 1735 ildәn) mәmulatlar, dәbdәbәli mallar (dәbli geyim, ayaqqabı vә s. dәri mәmulatlar, “Officine Panerai” markası ilә saat, hәmçinin zәrgәrlik mәmulatları), dekorativ “florensiya” kağızı, qida mәhsulları vә şәrablar. Hәsir şlyapaların, tunc mәmulatların vә s. kustar istehsalı var.
Əd.: L o p e s P e g n a M. Firenze dalle origini al medioevo. 2 ed. Firenze, 1974; N a j e m y J.M. A history of Florence: 1200–1575. Malden, 2006; G o y R.J. Florence: a walking guide to its architecture. New Haven, 2015.