FLORÉNSİYA UNİVERSİTETİ (Università degli Studi di Firenze) – İtaliya vә Avropanın әn qәdim un-tlәrindәn biri; iri elmi tәdqiqat mәrkәzi. 825 ildә açılmış vә artıq 1203 ildә adı “universitet” kimi qeyd olunan mәktәbin bazasında 1321 ildә Florensiya resp.-sının vәsaiti hesabına yaradılmışdır. Tibb vә hüquq elmlәri üzrә kafedraların әn çox inkişaf etdiyi 15 әsrin 1-ci yarısı un-tin çiçәklәnmә dövrüdür. Bir neçә dәfә Florensiyadan Piza ş.-nә köçürülmüşdür. Un-tdә Bald, A.Polisiano, Q.Salvemini, E.Torriçelli, E.Fermi dәrs demişlәr; un-tin “birinci riyaziyyatçısı” titulu Q.Qalileyә mәxsus idi. 1859 ildә un-t yenidәn tәşkil olunaraq Ali praktiki tәdqiqatlar vә tәkmillәşdirmә in-tu adlanmışdır. 1924 ildәn indiki adı ilә fәaliyyәt göstәrir. F. U.-nin strukturuna 10 mәktәb (fakültәlәr), 40 elmi tәdqiqat mәrkәzi, “Cirolamo-Vitelli” papirologiya in-tu (1928), botanika bağı ilә (1545), Tәbiyyat tarixi muzeyi (1775), 6 kitabxana daxildir. Un-tdә tәqr.51 min tәlәbә tәhsil alır (2016).