FLORENSİYA UNİYASI (8.1.1438 –1445) – katolik vә pravoslav kilsәlәrinin birlәşdirilmәsi haqqında saziş. 1439 ilin iyulunda Florensiyada bağlanmışdı. Uniyanın şәrtlәrinә görә, pravoslavlar öz ayinlәrini, yunan dilindә ibadәti, keşişlәrin nikahını vә bütün inanclı şәxslәrin (hәm ruhanilәr, hәm dә dünyәvi şәxslәr) priçastiye ayinini keçmәsini saxlamaqla katolik tәlimlәrini (xüsusәn filiokve, әraf, papanın üstünlüyü haqqında) qәbul edirdilәr. Papalıq uniya vasitәsilә pravoslav kilsәlәrini vә ümumilikdә pravoslav ölkәlәrini öz nüfuz dairәsinә daxil etmәyә çalışırdı. Yunan ruhanilәri vә Bizans imperatoru İoann Paleoloq Qәrbi Avropadan osmanlılara qarşı yardım almaq ümidi ilә uniyaya razılaşdılar. Əslәn yunan olan Kiyev mitropoliti İsidor uniya haqqında aktı imzalasa da, knyaz II Vasili onu qәbul etmәkdәn imtina etdi. Tezliklә Bizansda da uniya rәdd edildi. 1443 ildә Yerusәlim kilsә mәclisi F.u.-nı bidәt elan etdi. 29.5.1453 ildә Konstantinopolun fәthindәn sonra uniya faktiki olaraq qüvvәdәn düşdü.