Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FLÓRES 

    FLÓRES – Sakit okeanda, Kiçik Zond a-rı qrupunda ada; İndoneziya әrazisidir. Sah. 15,6 min km2. Sahil xәtti kәskin parçalanmışdır. Adanı q.-dәn ş.-ә, әsasәn, andezit vә bazaltlardan tәşkil olunmuş dağlar (hünd. 2400 m-әdәk) kәsir. Dağlar Flores dәnizinin c. sahilinә dik düşür, şm. yamacları azmeyillidir; şm. sahili boyu tәpәli düzәnliklәr uzanır. 10-dan çox fәaliyyәtdә olan vulkan (Levotobi, İneriye, Keli-Mutu vә s.) var. İqlimi subekvatorial mussondur. İllik yağıntı 1000–1400 mm-dir. Portuqa- liya dәniz sәyyahlarının adaya verdiklәri “F.” adı buranın florasının zәnginliyini әks etdirir. Dağlar hәmişәyaşıl, hәmçinin yarpağınıtökәn musson meşәlәrlә örtülüdür; әrazinin xeyli hissәsini alanq-alanq otluqları ilә birlikdә savannalar tutur.

     Flores adası. Kelimutu vulkanının kraterindә rәngli göllәr.

    Balıqçılıq, dәniz mәhsulları hasilatı, oduncaq vә taxta mәmulatları istehsalı әsas mәşğulluq sahәlәridir. K.t.-nda çoxlu kiçik fermalar fәaliyyәt göstәrir. Çәltik, qarğıdalı, batat, maniok, kokos vә s. becәrilir. F.-dәn qәhvә, hindqozu (keşyu), dәniz mәhsulları, vanil ixrac olunur, adaya maşınqayırma vә kimya mәhsulları gәtirilir. Turizm inkişaf edir. Əsas şәhәrlәri: Rutenq vә Endә. İES vә 6 aeroport var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN