FLÓRES – Sakit okeanda dәniz. Malayya arxipelaqında Sulavesi, Sumbava vә Flores a-rı arasındadır. Q.-dәn Yava, ş.-dәn Banda, c.-dan Savu dәnizlәri ilә әhatәlәnir. Qonşu dәnizlәr vә Hind okeanı ilә çoxsaylı boğazlarla әlaqәlәnir. Sah. 115 min km2, maks. dәrinliyi 5121 m. Dib relyefi kәlә-kötürdür; çöküntülәri vulkanik vә qlobigerinli lillәrdәn ibarәtdir. Sәth sularının temp-ru yanvar–fevral aylarında 28°C, iyul–avqustda 29,5°C-dir; duzluluğu 33,2– 34,0‰. Dib sularının temp-ru tәqr. 3,0°C, duzluluğu 34,6–34,7‰-dir. Qısamüddәtli qasırğa vә fırtınalar vaxtı dalğaların hünd. 3–4 m-ә çatır. Sәth axınları dekabr–martda ş. istiqamәtli, iyul–oktyabrda q. istiqamәtlidir. Yarımgünlük qabarmalar (hünd. 2,3 m-әdәk) olur.