FLORİ Pol Con (19.6.1910, İllinoys ştatı, Sterling – 9.9.1985, Kaliforniya ştatı, Big Sur) – fiziki-kimya sahәsindә amerikalı alim, Nobel mükafatı laureatı (1974). ABŞ Milli EA-nın üzvü (1953), Amerika İncәsәnәt vә Elm Akademiyasının üzvü (1957). Mançester Kollecindә (1931 ilә qәdәr) vә Kolumbus Dövlәt Un-tindә (fәlsәfә doktoru, 1934) tәhsil almışdır. Uilminqtonda “Düpon” şirkәtindә (1934–38), Sinsinati Un-tindә (1938–40), “Standard Oyl” (1940–43) vә “Qudir” (1943–48) şir- kәtlәrindә işlәmişdir. Kornell Un-tinin prof.-u (1948–56), Mellon Un-tindә elmi rәhbәr (1956–61), Stanford Un-tinin prof.-u (1961 ildәn) olmuşdur. Əsas tәdqiqatları polimerlәrin polikondenslәşmәsi vә fizikası sahәsindәdir. Polikondenslәşmә proseslәrindә funksional qrupların reaksiya qabiliyyәtinin qarşılıqlı tәsirdә olan molekulların zәncirinin uzunluğundan asılı olmadığını göstәrmişdir (Flori qaydası). Üçölçülü polikondenslәşmәnin kinetikasını (1941–52) vә bu zaman әmәlә gәlәn polimerlәrdә molekulyar-kütlә paylanmasını tәdqiq etmişdir. Belә sistemlәrdә gelәmәlәgәlmә nöqtәsinin tәyini şәraitinin riyazi ifadәsini vermişdir. Polimerlәrin şişmәsinә aid verilәnlәrdәn makromolekulyar torun quruluşu haqqında mәlumatı vә polimerin kiçikmolekullu maye ilә qarşılıqlı tәsirinin termodinamiki parametrlәrinin alınma qaydasını göstәrmişdir. Kvazikristallik model әsasında polimerlәrin mәhlulları nәzәriyyәsini tәklif etmişdir. Bu, F.-yә polimerin hәlledici ilә qarışması entropiyasını hesablamağa imkan vermişdir. Polimerlәrdә hәcmi effektlәr adlanan problemin prinsipial hәllini vermiş (1949), müvafiq hәlledici vә temp-r seçildikdә halqanın hәcmi, halqaların qarşılıqlı cәzbetmәsi ilә kompensasiya oluna bilәcәyini göstәrmişdir, yәni Vant-Hoff qanununa tabe olan vә buna görә dә hәcmi effektlәrin yox olduğu temp-r (n-Flori nöqtәsi) mövcuddur. Polimer mәhlulların termodinamiki parametrlәri, hidrodinamiki xassәlәri vә makromolekulların xüsusiyyәtlәri arasındakı әlaqәlәri aşkar etmişdir. Sintetik vә biol. polimerlәrin bir sıra xassәlәrinin hesablamalarını aparmışdır. Termomexaniki tәcrübәlәrlә makromolekulların dönәn izomerlik nәzәriyyәsini tәsdiq etmişdir.