FLORİDA – ABŞ-ın c.-unda ştat. Florida y-a-nı, ona bitişik materik hissәni vә Florida-Kis a-rını tutur. Sah. 152 min km2. Əh. 19,3 mln. (2012). İnz. m. Tallahassi ş.-dir. Sәthi düzәnlikdir. İqlimi subtropik, c.-da tropikdir. Qış kurortudur.
Avropalıların Amerikaya gәlişinәdәk yarımada yüzilliklәr әrzindә hindi xalqları timukualar (18 әsrdәk mövcud olmuşlar), kalusalar vә seminollar tәrәfindәn mәskunlaşdırılmışdır. İspan konkistadoru X. Ponse de Leon 1513 ildә buranı İspaniyanın mülkü elan etmiş vә onu La Tierra Florida (“Çiçәklәnәn әrazi”) adlandırmışdır. 1564 ildә yarımadada ilk şәhәr – San-Avqustin (indiki Sent-Oqastin) salınmışdır. Yeddiillik müharibә (1756–63) nәticәsindә F. B.Britaniyanın mülklәrinә qatılmış, Versal sülh müqavilәsinә (1783) görә İspaniyaya qaytarılmışdı. 1819 ildә ABŞ F.-nı İspaniyadan satın almışdır. 1845 ildәn F. ABŞ-ın 27-ci ştatıdır. ABŞ-da vәtәndaş müharibәsi (1861–65) zamanı F. Amerika konfederativ ştatlarının tәrkibindә idi.
Ərazinin tәqr. 5%-i becәrilir: tütün, qarğıdalı, paxlalılar, yerfındığı, şәkәr qamışı, pambıq, müxtәlif tәrәvәzlәr, sitrus meyvәlәri (ABŞ-ın әsasәn, portağal vә qreypfrut becәrәn әsas ştatıdır – illik mәhsulun 2/3- si). Südlük heyvandarlıq vә quşçuluq inkişaf etmişdir.
F. ölkә bazarları üçün mühüm balıq tәdarükçüsüdür. Burada Çәhrayı krevet, İspaniya skumbriyası, qara kefal, hәmçinin mollyusklar, omar, yengәc tәdarük edilir. Appalaçikola körfәzindә istirdiyyә yetişdirilir. Ştatın әsas balıq portları: Meksika körfәzinin sahilindә – Pensakola vә Appalaçikola, Atlantika sahilindә – Fernandina- Biç vә Nyu-Smirna-Biç şәhәrlәri, hәmçinin Florida-Kis adaları.
Turizm sәnayesinin yüksәk gәlir gәtirәn mühüm sahәsi idman balıqçılığıdır.
Ştat әrazisinin 45%-ini meşәlәr tutur. Əvvәllәr ştatın şamağacı meşәlәri ABŞ hәrbi-dәniz donanması üçün oduncaq mәnbәyi olmuşdur. 19 әsrdә bu mәnbә tükәnmiş, lakin yeni meşәlәrin salınması nәticәsindә 1940 ildәn sellüloz-kağız, ağac emalı yenidәn sürәtlә inkişaf etmәyә başlamışdır. Yeyinti, kimya, radioelektron sәnayesi var. Raket vә raket mühәrriklәri istehsal olunur. Kanaveral burnunda raket texnikası sınağı poliqon vә kosmodrom var.
F.-nın mәrkәzi hissәsindә, “Sümüklәr vadisi” adlanan әrazidә ABŞ-nın nәhәng fosfat yataqları yerlәşir. Ölkәnin fosfat tәlәbatının tәqr. 75%-ini tәmin edir; dünya üzrә istehsalın tәqr. 25%-ini tәşkil edir. İxracat böyük dәniz portları Tampa, Ceksonvill, Port-Everqleyds. Mayami vasitәsilә hәyata keçirilir. Ştatın şәrq sahilboyu çoxsayllı kurortlar (Mayami-Biç, Uest-Palm-Biç vә s.) yerlәşir.
ÜDM-i 2015 ildә 888 mlrd. dollar (2011 ildә 776,3 mlrd.) tәşkil etmişdir vә ABŞ üzrә Kaliforniya, Texas vә Nyu-York ştatlarından sonra dördüncü yeri tutur.