FLORİDA YARIMADASI – Şimali Amerikanın c.-ş.-indә, ABŞ-da y-a. Atlantika okeanı ilә Meksika körfәzi arasındadır. Sah. 115 min km2. Sәthi, әsasәn, Paleogen-Neogen yaşlı әhәngdaşından tәşkil olunmuş düzәnlikdir (hünd. 99 m-әdәk); karst inkişaf etmişdir. İqlimi okean tipli subtropik vә tropikdir. İsti, günәşli qış, rütubәtli yay sәciyyәvidir. Orta temp-r yanvarda 14–20,7°C, iyulda 27–28,7°C- dir. İllik yağıntı 1200–1400 mm. Çayları qısa vә bolsuludur. Çoxlu göl vә bataqlıq var. Bitki örtüyü şm.-da subtropik, c.-da tropik tiplidir. C.-da milli park (Everqleyds) yaradılmışdır. Fosforit vә titan filizi yataqları, ş. sahilboyunda kurortlar (Mayami, Mayami-Biç, Uest-Palm-Biç vә s.) var. Kanaveral burnunda vә Meritt a.-nda Şәrq sınaq poliqonu yerlәşir; C.F.Kennedi ad. Kosmik mәrkәz dә buradadır.