FLORİN (lat. florenus) – bir sıra Avropa dövlәtinin pul vahidi. 1) Florensiyada yüksәk әyarlı qızıl sikkә [ital. florin (Florensiya ş.-nin adından)]. 1252–1859 illәrdә fasilәlәrlә zәrb olunmuşdur. Çәkisi 3,537 q (Florensiya funtunun 1/96-i) idi. Sikkәnin aversindә Florensiyanın rәmzi olan zanbaq gülü, reversindә şәhәrin hamisi müq. Vәftizçi İoann tәsvir olunurdu. İri sövdәlәşmәlәr, kapital toplamaq vasitәsi kimi istifadә edilirdi. F.-in meydana gәlmәsi ilә Mәrkәzi vә Qәrbi Avropada 9 әsrdә kәsilmәsi dayandırılmış (bax Solid) qızıl sikkәlәrin zәrbi bәrpa olunmuşdur. Dukat vә onunla yanaşı bir sıra Mәrkәzi Avropa sikkәlәrinin meydana gәlmәsinә tәsir göstәrmişdir. Cәnubi Almaniyada 14 әsrdә qulden kimi mәlum idi. 14 әsrin ortalarında Fransada aversindә taxtda oturmuş kral, reversindә isә dekorativ xaç tәsviri olan F.-ә bәnzәtmә sikkә meydana gәlmiş, buradan İngiltәrәyә nüfuz etmişdi. İtalyan dövlәtlәrinin türk bәyliklәri ilә geniş ticarәt әlaqәlәri sayәsindә Qәrbi Anadoluda da yayılmışdı. Sonralar osmanlılar hәm özlәrinin zәrb etdiklәri, hәm Avropa mәnşәli sikkәlәri F. adlandırırdılar. Fateh II Mehmedin dövründә zәrb edilmiş ilk qızıl sikkәnin çәkisi F.-ә, yaxud Venesiya dukatına uyğun idi. 2) B.Britaniyada 2 şillinq dәyәrindә sikkә. 1848–1941 illәrdә gümüşdәn (925 әyarlı 11,31 q; 1920 ildә әyarı 500-әdәk azaldıldı), 1953–70 illәrdә mis-nikel qarışığından zәrb olunurdu. 3) 1946 ildәn Macarıstanın әsas pul vahidi olan forintin adının әsası.
Florensiyada zәrb olunmuş florin. 1252–1531 illәr.