FLORİSTİK RAYONLAŞDIRMA (botaniki-coğrafi rayonlaşdırma) – Yer sәthinin (qurunun, şelf sahәlәrinin vә Dünya okeanının akvatoriyasının) florasının növ tәrkibinә görә sahәlәrә (әrazilәr, akvatoriya vә ya xorionlara) bölünmәsi. Floraların tәrkibindәki fәrqlәr, adәtәn müasir vaxt dövründә әrazilәrdәki yaşayış yerlәrinin (vә biomların) sahәsi vә müxtәlifliyi hәm dә, onların inkişaf tarixi vә keşmişdә mәskunlaşmış florası ilә dә әlaqәdardır. F.r., florası bir çox növlәrlә fәrqlәnәn rayonlardan başlayaraq floralarının ümumi sayı daha az olan regional ölçüdәn ayrılmış mahal, әyalәt, vilayәtlәrdәn, ümumi növlәrinin sayı cüzi olan alәmlәr (dominionlar) vә yarımalәmlәr (subdominionlar) kimi subqlobal hissәlәrәdәk iyerarxik surәtdә qurulur. Onlarda floraların fәrqi yalnız bu ayrılmış hissәyә xas olan taksonların (endemik fәsilәlәr, tribalar vә s.) yüksәk dәrәcәsi ilә müәyyәn olur. 20 әsrdә müxtәlif botaniklәr çox vaxt 6 (bәzәn 4) alәmin ayrılmasını tәklif edirdilәr. Qolarktika vә Paleotropika alәmlәrdә müvafiq olaraq 3 vә 5 yarımalәm dә var. Sonralar, bu tәsnifatın 2 mühüm ayrılmış әrazinin Şәrqi Asiya vә Qәdim okean [(bax Yer mәqalәsindәki “Botaniki-coğrafi alәmlәr (dominionlar) vә yarımalәmlәr (subdominionlar)” xәritәsinә] alәmlәrinin dәrәcәsi yenidәn qiymәtlәndirildi. Yer sәthindә floranın paylanmasının әsas qlobal qanunauyğunluqları bu xәritәdә daha dәqiq göstәrilir. Sahәsinә görә әn iri olan Qolarktik alәm (4 yarımalәmi olan) şm. tropikinin şimalında yerlәşәn bütün quru sahәlәrini, 2 tropik alәm isә bütün kontinentlәr vә arxipelaqların cәnub tropikinin cәnubundakı sahәlәrini әhatә edir. 3 şәrti “cәnub” alәmlәr hec yerdә hec 60° c. e.-nә dә çatmır. Quruda kontinentlәrin hüdudları alәmlәrin sәrhәdlәrini müәyyәn etmir. Qolarktika alәminin müxtәlif sahәlәrindә floranın ümumi elementlәr var ki, onları әvvәlki dövrlәrdә tam buzlaqlarla örtülmәmiş Antarktida vasitәsi ilә әlaqәni nәzәrә almadan izah etmәk olmaz.
Əd.: К а м е л и н Р. В. Флористическое районирование суши: новые решения некоторых проблем. /Ботанический журнал/ 2012, т. 97. №12.