FLORİSTİKA – botanikanın bütünlükdә Yer kürәsi vә onun hissәlәrinin bitki növlәrini öyrәnәn (flora) sahәsi. F.-nın ilkin vәzifәsi floraların növ tәrkibinin inventarlaşdırılmasıdır. Müxtәlif ölkәlәrin, botaniki-coğrafi vilayәtlәrin, әyalәtlәrin vә s. floraları inventarlaşdırma obyekti ola bilәr (mәs., faydalı növlәrin – dәrman, yem vә s. bitkilәrin sayının müәyyәn olunması). “F.” terminindәn çox vaxt obyekti floralar olan tәsviri işlәri adlandırmaq üçün istifadә olunur.