FLUOREN, o, o′-d i f e n i l e n m e t a n – kondenslәşmiş aromatik karbohidrogen. UB işıqda fluoressensiya edәn rәngsiz, kristal maddә, tәr.116–117°C, tqayn.293–295°C.
Dietil efirindә yaxşı, etanolda pis hәll olur; suda hәll olmur. F. havanın oksigenilә 9-hidroperoksifluorenә, CH3COOH-nun iştirakında K2Cr2O7 ilә fluorenә oksidlәşir, HJ vә qırmızı P ilә perhidrofluorenәdәk reduksiya olunur. C-9 atomu üzrә asanlıqla karbanion әmәlә gәtirir, aromatik aldehidlәrlә kondenslәşmәsindәn 9-arilidenfluorenlәr, Na vә ya NaNH2 ilә qızdırıldıqda 9-natrium törәmәlәr, katalizatorun iştirakında akrilnitril vә benzilxlorid ilә müvafiq 9,9-ikiәvәzli törәmәlәr alınır.
F. daş-kömür qatranında (1,3–2%) olur; antrasen fraksiyasından (210–308°C) ayırırlar. Asetilenin pirolizi vә difenilmetan buxarının közәrdilmiş borudan keçirilmәsi F.-in preparativ alınma üsularıdır. F. boyaq maddәlәrinin alınmasında ilkin mәhsul, polimerlәrin stabilizatoru vә s. kimi tәtbiq edilir.
Əd.: К л а р Э. Полициклические углеводороды. Т. 2, M., 1971.