FLUORESSENSİYA – lüminessensiyanın növü; atom vә molekulların hәyәcanlanmış haldan әsas hala şüalanma ilә keçidi seçmә qaydalarına әsasәn mümkündür. Mürәkkәb üzvi molekullardan ibarәt bir sıra maddәlәrdә (mәs., boyaq maddәlәrindә) birinci hәyәcanlanmış sinqlet haldan әsas hala keçid zamanı fotonun buraxılması baş verir. Molekulların hәyәcanlanma prosesinin kәsilmәsi ilә xeyli gec sönәn fosforessensiyadan fәrqli olaraq F. 10–11 – 10–6 san müddәtindә sönür.