FLÜGER (alm. Flugel, hol. vleuge – qanad) – külәyin istiqamәtini vә sürәtini tәyin etmәk üçün meteoroloji cihaz. Külәyin istiqamәti 8 rumba uyğun yönәldilmiş üfüqi ştiftәrlә, müasir F.-dә isә elektron cihazların kömәyi ilә tәyin edilir. F.-dә külәyin istiqamәtinә perpendikulyar qurulan sәrbәst yellәnәn metal lövhәnin şaquldan meyil bucağına әsasәn külәyin gücü müәyyәnlәşdirilir. Müasir F.-dә bu mәqsәdlә yüngül pәr quraşdırılır. F.-dәn binanı bәzәmәk üçün dekorativ element kimi dә istifadә olunur.