FLÜORİD TURŞUSU – hidrogen-flüoridin suda mәhlulu. HF – H2O sistemindә H2O×HF, H2O×2HF vә H2O×4HF birlәşmәlәri vardır; әrimә temp-rları müvafiq olaraq −36, −78 (parçalanmaqla) vә −100°C. H2O vә H2O×HF arasında tәr.−72°C olan evtektika var. Qızdırıldıqda HF vә H2O inkonqruent buxarlanaraq azeotrop qarışıq (kütlәyә görә 38,2% HF, tqayn. 114,5°C) әmәlә gәtirir. F.t. qüvvәtli turşudur; duzlar – flüoridlәr әmәlә gәtirir; bir sıra maddәlәrlә, o cümlәdәn SiO2, B2O3, Nb2O5, Ta2O5, MoO3, WO3 kimi oksidlәr vә silikatlarla reaksiyaya girir. F.t. hidrogen-flüoridin suda hәll edilmәsindәn, CaF2-nin sulfat turşusu ilә parçalanmasından, CaF2, UF2, başqa metalların flüoridlәri vә s.-nin pirohidrolizindәn alınır. F.t. AlF3, UF3 vә d. qeyri-üzvi flüoridlәrin istehsalında reagent; şüşә, kvars, mikroelektronika materialları, metal vә bәzi әrintilәrin aşılanması üçün işlәdilәn mәhlulların komponenti kimi istifadә edilir. F.t. dәriyә düşdükdә yanıqlar әmәlә gәtirir.