FLÜORÓQRAF (flüoressensiya + …qraf) – rentgenoloji müayinә (flüoroqrafiya) üçün tibbi cihaz; müayinә yoxlanılan orqanın kölgәli tәsvirinin rentgen (işığasalma) ekranından fotoplyonkaya çәkilişinә әsasәn aparılır. Alınmış fotoşәkil f l ü o r o q r a m adlanır. Əsasәn, kütlәvi müayinәlәr zamanı döş qәfәsi, xüsusilә dә ağ ciyәr xәstәliklәrinin aşkara çıxarılması üçün tәtbiq edilir.