FLÜOROLEFİNLƏR – alkenlәrin flüorlu törәmәlәri. Molekulunda bütün H atomları F atomları ilә әvәz olunmuş perflüorolefinlәr (mәs., tetraflüoretilen CF2=CF2) vә poliflüorxlorolefinlәr (mәs., triflüorxloretilen CF2=CFCl) әn әhәmiyyәtlidir. F. qaz vә ya uçucu mayelәrdir; suda hәll olmur, üzvi hәlledicilәrdә hәll olur; nukleofillәrlә asan reaksiyaya girәrәk birlәşmә vә әvәz- etmә mәhsullarını әmәlә gәtirir. F. yüksәk temp-r vә tәzyiqdә polimerlәşәrәk flüorplastlar әmәlә gәtirir. F.-in alınmasının әsas sәnaye üsulları flüorxloralkanların 750–850°C-dә pirolizi vә visinal polihalogenalkanları metallarla dehalogenlәşmәsidir. F. termiki vә kimyәvi davamlı polimerlәrin alınması üçün monomerlәrdir. Bәzi F. çox zәhәrlidir.