FLÜORPLASTLAR, f l ü o r l o n l a r –flüorolefin polimerlәrin texniki adı. Politetraflüoretilen, politriflüorxloretilen, polivinilidenflüorid, hәmçinin tetraflüoretilenin etilenlә, vinilidenflüorid, heksaflüorpropilen, perflüoralkilvinil efirlәri ilә sopolimerlәri vә xlortriflüoretilenin etilenlә sopolimerlәri әn cox yayılmışdır. F. mexaniki xassәlәrin geniş diapazonu, yaxşı dielektrik xassәlәri, yüksәk dielektrik davamlığı vә kiçik sürtünmә әmsalı ilә xarakterizә olunur; otaq vә yüksәk temp-rda müxtәlif dağıdıcı mühitin tәsirinә, atmosferә, korroziyaya vә radiasiyaya davamlıdır, qazı az keçirir, yanmır vә ya alışdıqda öz-özünә sönür. Bir çox üzvi hәlledicilәrdә pis hәll olur vә ya hәll olmur; suda hәll olmur. F., әsasәn, monomerlәrin müxtәlif inisiatorların iştirakı ilә kütlәdә, suspenziya vә ya emulsiyada (üzvi, yaxud su mühitindә) radikal polimerlәşmәsindәn (vә ya sopolimerlәşmәsindәn) alınır.
F. pasta, toz, dәnәvәr, su mühitindә suspenziya vә dispersiya, bәzәn mәhlul şәklindә buraxılır.
F.-dan tәbәqә, plyonka, lif, boru, naqil vә kabellәr üçün izolәedici, radio vә elektrotexniki hissәlәr, kimyәvi reaktorlar, laboratoriya qabları, insan orqanlarının protezi, membranlar, metalplastlar, lak-boya materialları vә s., kiçikmolekullu (mol kütlәsi 20 minә qәdәr) F.-dan quru sürtkü, antifriksion materialların komponentlәri, plastik vә kauçuklar üçün doldurucular hazırlanır.
Əd.: П а н ш и н Ю.А., М а л к е в и ч С.Г., Д у н а е в с к а я B.C. Фторопласты. Л., 1978.