FLÜORSİRKƏ TURŞUSU, m o n o f l ü o r s i r k ә t u r ş u s u – üzvi birlәşmә, FCH2COOH; kәskin iyli rәngsiz kristal maddә; tәr. 33°C, tqayn.165,1°C. Suda, etanolda, dietil efirindә vә başqa hәlledicilәrdә hәll olur. F.t.-nun duzları vә efirlәri flüorasetatlar adlanır. F.t.-nun duzları (K, Na, Ba) suda yaxşı hәll olur. F.t. kimyәvi xassәlәrinә görә alifatik karbon turşuların tipik nümayәndәsidir; efirlәr, anhidridlәr, halogenanhidridlәr, amidlәr vә s. әmәlә gәtirir. Xlor- vә bromsirkә turşularının efirlәrindәki halogen atomlarını F ilә әvәz edilmәsindәn әmәlә gәlәn efirlәrin hidrolizindәn F.t. alınır.
F.t.-nun flüorasetamid, qәlәvi vә qәlәvi-torpaq metallarının duzları rodentisidlәr kimi istifadә edilir. F.t. bioloji-fәal birlәşmәdir vә onun tәsiri trikarbon turşuların tsiklini blokadaya alması ilә әlaqәdardır. F.t. vә onun törәmәlәri çox zәhәrlidir.