FLYOROV Georgi Nikolayeviç [17.2(2.3).1913, Rostov-Don – 19.11.1990, Moskva)] – rus fiziki. SSRİ EA akad. (1968; m. üzvü 1953). Sosialist Əmәyi Qәhrәmanı (1949), Lenin mükafatı laureatı (1967), SSRİ Dövlәt mükafatı laureatı (1946, 1949, 1975). Leninqrad Politexnik İn-tunu bitirmişdir (1938). İ.V. Kurçatovun rәhbәrliyi altında SSRİ EA Fizika-Texnika İn-tunda çalışmış (1938– 1941) vә nüvә fizikası ilә mәşğul olmuşdur. Atom Enerjisi İn-tunda işlәmişdir (1943–60). 1960 ildәn Birlәşmiş Nüvә Tәdqiqatları İn-tunda Nüvә reaksiyaları laboratoriyasının (Dubna) direktoru olmuşdur.
Uranın bölünmәsi zamanı 2-dәn çox neytronun buraxılmasını müәyyәnlәşdirmiş (L.V.Rusinovla birlikdә), ağır nüvәlәrin spontan bölünmәsini kәşf etmişdir (K.A.Petrjakla birlikdә). F.-un rәhbәrliyi ilә neft laylarının neytron vә qamma-karotajı üçun aparat yaradılmış vә üsüllar işlәnib hazırlanmışdır. Sıra nömrәlәri 102–106 olan yeni transfermi elementlәrin izotopları sintez olunaraq (bax Transuran elementlәri) onların fiziki vә kimyәvi xassәlәri öyrәnilmiş, spontan bölünәn izomerlәr vә yavaşıyan neytronların buraxılması hadisәsi kәşf edilmişdir. F. mürәkkәb nüvәlәrin qarşılıqlı tәsirini vә yeni elementlәrin sintezi problemini tәdqiq etmişdir. Lenin ordenlәri (1949, 1983), SSRİ EA D.İ.Mendeleyev ad. (1987) vә İ.V.Kurçatov ad. (1989) Qızıl medallarla tәltif edilmişdir. F.-un laboratoriyasının şәrәfinә atom nömrәsi 114 olan kimya elementi – flerovium adlandırılmışdır.