Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FO Dario 

    FO Dario (26.3.1926, Sancano – 13.10.2016, Milan) – italyan dramaturqu, rejissor. Nobel mükafatı laureatı (1997). Fәhlә ailәsindә doğulmuşdur.1940 ildә Milandakı Brera zәrif sәnәtlәr Akademiyasında tәhsil almış, 1945 ildә Milan Politexnik İn-tunun memarlıq fakültәsinә daxil olmuşdur (bitirmәmişdir). Teatr üçün yazdığı ilk farsları (“Barmaqla göz çıxartmaq”, 1953; “Sağlamların әl-qolunu bağlamaq”, 1954) senzura tәrәfindәn qadağan olunmuşdur. 1959 ildә arvadı F.Rame ilә birlikdә Milanda “Fo – Rame” truppasını tәşkil etmişdir (satirik komediyaları: “Mә- lәklәr flipper oynamır”, 1959; “İzabella, üç karavella vә boşboğaz”, 1963). 1960-cı illәrin sonlarında İtaliyada siyasi teatrın aparıcı xadimlәrindәn biri olmuş, 1968 ildә italyan şirkәtinin dәstәyi ilә “Yeni sәhnә” teatrını yaratmışdır (1969 ildә teatr üçün “Fәhlә 300 söz bilir, sahibkar isә 1000. Ona görә dә o, sahibkardır” vә “Misteriya-buff” komediyalarını yazmışdır). Pyeslәrindә vә quruluş verdiyi tamaşalarda del arte komediyası әnәnәlәrini inkişaf etdirmişdir. 1970 ildә arvadı ilә birlikdә “Yeni sәhnә” teatrını tәrk edәrәk “La Komune” truppasını yaratmışdır. “Anarxistin tәsadüfi ölümü” (әn populyar komediyalarından biridir, 1971), “Aldo Moronun faciәsi”, (1979); “Ödәyә bilmirsәn, ödәmә” (1981), “Adi gün”, (1986); “İkibaşlı Baş nazir” (2003) pyeslәrinin müәllifidir. Kinossenarist (o cümlә dәn “İtalyan suveniri”, 1957; “Eldoradoya sәyahәt”, 2002; “Mәn, Ulrike, qışqırıram”, 2015), aktyor vә rәssam kimi dә çıxış etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN