FÓBİYALAR – müәyyәn şәraitdә subyekti әhatә edәn vә vegetativ disfunksiyalarla (ürәk döyünmәsi, çoxlu tәrlәmә vә s.) müşayiәt olunan konkret mәzmunlu qorxunun yaratdığı qeyri-adekvat hisslәr. F.-a nevrozlar, psixozlar vә baş beyinin üzvi xәstәliklәri zamanı rast gәlinir. Nevrotik F. zamanı xәstәlәr, bir qayda olaraq, öz qorxularının әsassız olduğunu dәrk edir vә onlara nәzarәt etmәk iqtidarında olmadıqları әzabverici subyektiv hisslәr kimi yanaşırlar. Nozofobiyalar (xәstәlik qorxusu – kanserofobiya, kardiofobiya vә s.), sosiofobiyalar (ictimai yerlәrdә çıxış etmәk qorxusu, qızarmaq qorxusu vә s.), mәkan qorxusu (klaustrofobiya – qapalı mәkan qorxusu, oqrofobiya – açıq mәkan qorxusu) vә s. fәrqlәndirilir. Əgәr xәstә aydın şәkildә öz qorxusunun әsassızlığını vә qeyri-mәntiqiliyini aşkar etmirsә, bu, fobiya deyil, patoloji şübhә (qorxu), sayıqlamadır. F. qorxunu yaradan predmetdәn qaçmaq, yaxud rituallaşdırılmış hәrәkәtlәrin kömәyilә qorxunu azaltmaq üçün icra olunan müәyyәn davranışlarda tәzahür edir. Nevrotik F. adәtәn obrazlı tәfәkkürә malik, hәmçinin ruhi süstlük vә vegetativ dәyişkәnlik yaşayan insanlarda yaranır. F.-ın aşkar edilmәsindә V.Zanqın özünüqiymәtlәndirmә tәşviş cәdvәlindәn istifadә edilir. F., әsasәn, psixoterapiya üsulu ilә müalicә olunur.