FÓCA (Foggia) – İtaliyada, Apuliya vil.-ndә şәhәr. Foca әyalәtinin inz. m. Əh. 151,4 min (2018). Nәql. qovşağı. K.t. maşınları, qida mәhsulları (makaron, şәrab, pendir, şәkәr, zeytun yağı), kağız, kimya sәnayesi, ağac emalı; muzeylәr, şәkil qalereyası, botanika bağı, kilsә (12 әsr) var.