FÓGEL German Karl (3.4.1841, Leypsiq – 13.8. 1907, Potsdam) – alman astronomu, Berlin EA üzvü (1892). 1882 ildәn Potsdam astrofizika rәsәdxanasının direktoru. Spektrdә xәtlәrin Dopler yerdәyişmәsi әsasında Günәşin ox әtrafında fırlanmasının tәyini üçün yeni üsul (1871) vә ulduzların spektral klassifikasiyasını işlәyib hazırlamışdır (1874). 4051 ulduzun spektrlәrini vizual müşahidә etmişdir. Ulduzların spektrlәrinin fotoçәkilişini tәtbiq edәrәk onların şüa sürәtlәrini tәyin etmiş vә 52 ulduzun sürәt kataloqunu yaratmışdır. F. Əlqul vә Spika ulduzlarının spektral – qoşa olmasını müәyyәn etmişdir.