FOGEL Robert Uilyam (1.7.1926, Nyu-York – 12.6.2013, İllinoys ştatı, Ok-Laun) – Amerika tarixçi-iqtisadçısı, kliometrikanın banilәrindәn biri, Nobel mükafatı laureatı (1993; D.S.Nortla birlikdә). F.-in ailәsi 1922 ildә Odessadan ABŞ-a köçmüşdür. F. 1960 ildә C.Stiqlerin rәhbәrliyi altında Kolumbiya Un-tindә, 1963 ildә S.Kuznetsin rәhbәrliyi altında Cons Hpkins Un-tindә (Baltimor ş.; elmlәr namizәdi elmi dәrәcәsini almışdır) çalışmışdır. Özәl fondlar vә müxtәlif un-tlәrin fondlarının dәstәyilә elmi vә texniki innovasiyaların, dövlәt siyasәtinin, әtraf mühit vә ümumi institutlarda baş verәn dәyişikliklәrin iqtisadi artıma tәsirinin qiymәtlәndirilmәsinә, iqtisadiyyatda uzunmüddәtli proseslәrin öyrәnilmәsi riyazi model vә statistik metodların tәtbiqinә dair üçün tәdqiqat layihәlәrini hәyata keçirmişdir. 1977 ildә İqtisadi Tәdqiqatlar üzrә Milli Büroda Amerika iqtisadiyyatının uzunmüddәtli inkişafı proqramına rәhbәrlik etmişdir. 1981 ildәn Çikaqo Un-ti nәzdindәki Uolqrin fondunun prof.-u olmuşdur. Kәmiyyәt göstәricilәri әsasında vә iqtisadi nәzәriyyә modellәrinin tәtbiq etmәklә iqtisadi tarix mәsәlәlәrini ilk öyrәnәn biri olmuşdur. Əsәlәrindә ABŞ-da d.y.-larının әhәmiyyәti vә inkişaf şәrtlәrinә tәrәddüdlә yanaşmış, Vәtәndaş müharibәsi (1861–65) әrәfәsindә Cәnub ştatlarında quldarlıq sisteminin sәmәrәliliyini göstәrmişdir.
Ə s ә r l ә r i: Railroads and American economic growth: Essays in econometric history. Balt., 1964; Time on the cross: the economics of American Negro slavery. Boston, 1974; New findings on secular trends in nutrition and mortality: Some implications for population theory. Chi., 1991.