FÓGELER (Vogeler) Henrix (12.12.1872, Bremen – 14.6.1942, Qazaxıstan, Qaraqanda vil.-nin, Korneyevka k.) – alman boyakarı, qrafik, memar. Düsseldorf Rәssamlıq Akademiyasında tәhsil almışdır (1890– 93). Bremen yaxınlığındakı Vorpsvededә peyzaj ustası O.Moderzon vә başqa sәnәtkarlarla birlikdә rәssamlıq koloniyasının (1894) әsasını qoymuşdur. Öz evi “Barkenhof”u yenidәn qurmuş, interyerlәrinә modern üslubda tәrtibat vermişdir. 1900-cü illәrdә prerafaelitlәrin tәsirilә simvolizm ruhunda işlәmişdir (“Yay gecәsi”, 1905, Vorpsvede, Barkenhof). R.M.Rilke vә O.Uayldın әsәrlәrinә illüstrasiyalar çәkmişdir. Birinci dünya müharibәsindә iştirak etmiş (1915–17), antimilitarist mәktublar yazmışdır. SSRİ-dә olmuş (1923), kubizm ruhunda eksperimentlәr aparmışdır (“Kreml”, 1923, Yel un-tinin Rәssamlıq qalereyası, ABŞ). 1931 ildә Moskvaya köçmüş, müttәfiq resp.-lara sәfәrlәrindәn aldığı tәәssüratlar әsasında kompleks tablolar (“Komplexbilder”) yaratmışdır (“Bakı”, 1927, Dövlәt muzeylәri, Berlin). 1941 ildә Qazaxıstana deportasiya olunmuş, burada memuarlar yazmışdır.
H.Fogeler. “Bakı”. 1927.