FOKÁ (Φωκᾷς) (tәqr. 547, Frakiya – 5.10.610, Konstantinopol) – Bizans imperatoru [602–610]. Dunayda Bizans qoşunlarının senturionu olan F. 602 ilin payızında imperator Mavrikiyә qarşı üsyan qaldırmış döyüşçülәrә başçılıq etmişdir. Konstantinopola yaxınlaşan üsyançıları paytaxt dimlәri dә dәstәklәmişdilәr. 602 il noyabrın 23-dә imperator elan olunmuş F.-nın әmri ilә Ma riki vә onun oğulları, sonra isә arvadı vә qızları edam edilmişdi. Paytaxt mәmurlarının vә iri vilayәt hakimlәrinin müqavimәtinә F. terrorla cavab vermişdi. Roma papaları I Qriqori [590–604] vә III Bonifasi [607] tәrәfindәn dәstәklәndiyinә görә F. Papalığa güzәştә getmişdi. Sasani şahı II Xosrov Mavrikinin qisasını almaq bәhanәsilә 604 ildә Bizansa qarşı müharibәyә başlamış, 608 ilәdәk Bizans imperiyasının böyük hissәsini әlә keçirmişdi. Daxili iğtişaşların, avarların vә slavyanların hücumlarının qarşısını ala bilmәmiş, F.-ya qarşı 608 ildә Karfagen ekzarxı İrakli üsyan qaldırmışdı; onun oğlu Kiçik İraklinin donanması 610 il oktyabrın 5-dә üsyan qaldırmış şәhәr әhalisinin dәstәyilә Konstantinopolu tutmuşdu. F. hakimiyyәtdәn devrilәrәk edam olunmuş, İrakli imperator elan edilmişdi. Feofilakt Simokattanın “Tarix” әsәri F.-nın hakimiyyәt dövrünün öyrәnilmәsi üçün әn mühüm mәnbәdir.