FOKALAR (Φωκᾶς, Φωκᾶδος) – Kappadokiya mәnşәli Bizans aristokrat nәsli, iri torpaq sahiblәri, sәrkәrdәlәr, dövlәt xadimlәri. Bizansda F.-ın Roma patrisilәrindәn, xristianlığı qәbul etmiş әrәblәrdәn törәmәsi haqqında rәvayәtlәr mövcud idi. F.-ın ilk nümayәndәsi (adı mәlum deyil) tәqr. 872 ildә turmarx olmuşdur. Onun oğlu N i k i f o r F o k a (Böyük Foka) (ö. tәqr. 900) sәrkәrdә kimi şöhrәt qazanmışdı. Nikiforun oğlu L e v 910-cu illәrdә azyaşlı imperator VII Konstantinin regenti olmaq uğrunda fәal siyasi mübarizә aparsa da, Lakapinlәr nәslinә mәğlub olmuş vә gözlәri çıxarılmışdı. Levin qardaşı V a r d a (ö. 969) vә onun oğulları L e v vә N i k i f o r (bax II Nikifor Foka) Bizans ordusunda bir neçә onillik әrzindә mühüm mövqelәrini saxlamışdılar. 963 ildә Nikifor imperator olmuş, atası Varda kesar, qardaşı Lev isә magistr vә kuropalat rütbәsi almışdı. 969 ildә Nikiforun öldürülmәsi F.-a ağır zәrbә vursa da, onlar imperator II Vasiliyә qarşı müxalif mövqe tutaraq hakimiyyәt uğrunda mübarizәni davam etdirmişdilәr. 987 ildә Nikiforun qardaşı oğlu, Antioxiya ş.-nin dukası V a r d a qiyam qaldırmış, lakin 2 il sonra mәğlubiyyәtә uğradılmış vә hәlak olmuşdu. Onun oğlu N i k i f o r 1022 ildә uğursuz qiyam tәşkil etmişdi; Nikiforun oğlu V a r d a 1020-ci illәrin sonunda kor edilmişdi. F.-ın adına 13 әsrin әvvәllәrinәdәk rast gәlinmir. 13 әsrin әvvәllәrindә Nikeya imperiyasında mühüm vәzifәlәr tutmuş F. mәlumdur. Lakin onların әvvәlki F.-la qohumluq әlaqәlәri qeyri-müәyyәndir.