FOKİDA (Φωκίς, Φωκίδος) – Orta Yunanıstanın mәrkәzi hissәsindә tarixi vil. Mәşhur Parnas dağı bu dağlıq әrazidә yerlәşir. F. ş.-dә Beotiya, şm.-da vә q.-dә digәr kiçik vil.-lәrlә hәmsәrhәddir, c.-dan isә Korinf körfәzinin suları ilә yuyulur. F.-da 22 kiçik polis mövcud idi. F. әrazisindә hәmçinin Delfa, orakulun olduğu Apollon mәbәdi yerlәşirdi. Çox erkәn zamanlardan F. Delfadakı mәbәdi mühafizә edәn Piley-Delfa amfiktioniyasına daxil idi. F. polislәrinin ittifaqı uzun müddәt daha güclü yunan dövlәtlәrinin siyasәtinә istiqamәtlәnirdi. E.ә. 4 әsrin ortalarında “Müqәddәs müharibә”dә (e.ә. 355–346) iştirak etmiş fokidalılar Delfadakı Apollon xәzinәsini әlә keçirmiş vә güclü muzdlu ordu yaratmışdılar. E.ә. 346 ildә Makedoniya çarı II Filipp F.-nı darmadağın etdikdәn sonra o, qüdrәtini bәrpa edә bilmәmişdi. E.ә. 371 ildәn (Levktra yaxınlığında döyüş) F. Beotiya ittifaqının, e.ә. 4
әsrin ikinci yarısından Makedoniyanın, e.ә. 2 әsrin ikinci yarısından Roma imperiyasının hakimiyyәti altında olmuşdur.