Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÓKİN 

    FÓKİN Mixail Mixayloviç (5.5.1880, S.-Peterburq – 22.8.1942, Nyu-York) – rus balet artisti, baletmeyster, pedaqoq. S.-Peterburq teatr mәktәbini bitirdikdәn sonra 1898–1918 illәrdә Mariya teatrında işlәmişdir. Klassik repertuarın әsas partiyaları ilә yanaşı, özü quruluş verdiyi tamaşalarda da solo çıxışlar etmişdir: “Üzüm tәnәyi”, A.Q.Rubinşteyn (1906); “Şopeniana”, F.Şopenin musiqisi әsasında (1908); “Vakxanaliya”, A.K.Qlazunovun musiqisi әsasında; “Karnaval”, R.Şumanın musiqisi әsasında, “Simurq quşu”, İ.F.Stravinski (hamısı 1910 ildә) vә s. 1910 ildәn Mariya teatrının baletmeysteri işlәmişdir. 1909–12 vә 1914 illәrdә Rus mövsümlәri vә Dyagilevin rus baletinin bәdii rәhbәri, baletmeysteri vә rәqqası olmuşdur. 1901–11 illәrdә S.-Peterburq teatr mәktәbindә dәrs demişdir. 1918 ildә İsveçdә qastrolda olmuşdur. 1921 ildәn ABŞ-da yaşamışdır. 1921–42 illәrdә Nyu-Yorkda studiya rәhbәri olmuşdur. Avropanın vә Amerikanın aparıcı teatrlarında işlәmişdir. 20 әsrin әvvәllәri balet sәhnәsinin islahatçısı olmuşdur. Balet üçün nәzәrdә tutulması simfonik musiqidәn istifadә etmişdir. Musiqili-xoreografik tamaşa qanunlarına әsaslanan süjetsiz baleti müstәqil janra çevirmişdir. Quruluş verdiyi tamaşalar arasında N.N.Çerepninin “Armidanın pavilyonu” vә K.Sen-Sansın “Ölәn qu quşu” (hәr ikisi 1907), A.P.Borodinin musiqisi әsasında “Qıpçaq rәqslәri” (1909), N.A.Rimski-Korsakovun musiqisi әsasında “Şәhrizad” (1910), K.M. fon Veberin musiqisi әsasında “Qızıl gülün kabusu” vә Stravinskinin “Petruşka” baleti (hәr ikisi 1911), M.İ.Qlinkanın musiqisi әsasında “Araqon xotası” (1916), K.V.Qlyukun “Don Juan”, (1936), S.V.Raxmaninovun musiqisi әsasında “Paqanini” (1939); operalarda rәqslәr – R.Vaqnerin “Tangeyzer” (1910); Qlyukun “Orfey vә Evridika”, (1911); A.N.Serovun “Yudif”, J.Bizenin “Mirvari axtaranlar”, (hәr ikisi 1912), Qlinkanın “Ruslan vә Lyudmila”, (1917) vә s. var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN