FOKON, f o k u s l a y ı c ı k o n u s – işıq şüasının yolu boyunca kәsiyi dәyişәn (daralan) işıqötürәn әsasında düzәldilmiş qurğu; optik şüaların bir yerә toplanması, hәmçinin ötürülәn tәsvirin miqyasının dәyişdirilmәsi üçündür. F.-un içiboş (әksetdirici daxili sәthә malikdir), monolit şәffaf vә lifli növlәri var. Ən geniş yayılmış növü olan lifli F. birnaqilli vә çoxnaqilli lifli-optik qaytandan (liflәrin en kәsiyi uzunluq boyunca dәyişir) ibarәtdir. F.-nun lifli işıqötürәnlәri müntәzәm vә qeyri-müntәzәm düzülüşlü olur. Müntәzәm F. ötürülәn tәsvirin miqyasının dәyişdirilmәsi, qeyri-müntәzәm isә, әsasәn, işıq enerjisinin toplanması üçün tәtbiq edilir.