FOKSTERYERLƏR (tülkü türyerlәri) – 19 әsrdә Böyük Britaniyada tülkü ovu üçün yetişdirilmiş ov itlәri. İlk standart 1876 ildә tәsdiq olunmuşdur. BKF (Beynәlxalq Kinoloqlar Federasiyası) F.-in 2 cinsini ayırd edir: hamartüklü vә qabatüklü; onlar üçün qüvvәdә olan standartlar müvafiq olaraq 2011 vә 2009 illәrdә tәsdiq olunub. Müasir F. cәsarәtli, enerjili, sayıq, dördbucaq for- malı itlәrdir, süysün hünd. 40 sm-dәkdir. Başı pazşәkilli, uzun, ensizdir. Qığırdaqlı qulaqları başının yuxarı hissәsindә sallaq şәkildә yerlәşmişdir. Hamartüklü F.-in tükü qısa, qalın, düz, sıxdır; qabatüklü itlәrdә cod, azdalğalı, uzanandır (standart formaya salmaq üçün xüsusi işlәnmәlidir). Üstünlük tәşkil edәn ağ rәngin fonunda qara vә kürәn xallar vә ya onların birlәşmәsi olur. F. dünyada geniş yayılmışdır, onlar ov üçün, kinoloji idman növlәri vә kompanyon it kimi saxlanılır.
Foksteryer.