FOKSTROT (ing. foxtrot, fox - tülkü + trot - cəld yeriş) - qoşa ifa olunan rəqs. Caz musiqisinin tipik formasıdır. 1910-cu illərdə ABŞ-da yaranmışdır. Birinci dünya müharibəsindən sonra, xüsusilə 1920-30-cu illərdə Avropa ölkələrində geniş yayılmışdı. F. üçün spesifik “sürüşən” hərəkətlər səciyyəvidir, eyni zamanda yavaş addımlar cəld hərəkətlərlə birləşir. Əvvəllər F. reqtaym musiqisinin müşayiəti ilə ifa olunurdu. Sonralar mü- layim templi 4/4 ölçüsü, sadə ritm və harmoniyalı F. musiqi janrı yarandı. Zaman keçdikcə F.-un cəld növü “kvikstep” (ing. quickstep) və asta növü “sloufoks” (ing. slowfox) meydana gəldi. Bəzi akademik bəstəkarlar öz instrumental əsərlərini F. adlandırmışlar (C.K.Adams, ork. üçün “Sədrin rəqsləri”; A.Kazella, “Simli kvartet üçün beş pyes”dən 5-ci; fp.-da 4 əllə ifa üçün F.; D.D. Şostakoviç, 1-ci “Caz süitası”ndan 3-cü və s.). Azərb. bəstəkarları da yaradıcılıqlarında F. janrı elementlərindən istifadə etmişlər.