FOKŞÁNİ (Focşani) – Rumıniyanın ş.-indә şәhәr. Vrança judetinin inz. m. Əh. 94 min (2016). Üzümçülük vә şәrabçılıq r-nunun mәrkәzidir. Metallurgiya, maşınqayırma (o cümlәdәn elektrotexnika, kimya sәnayesi üçün avadanlıqlar istehsalı), kimya, ağac emalı, toxuculuq, tikiş, yeyinti sәnayesi var.
Fokşani şәhәrindәn görünüş.
Şәhәrin adı Fokşa boyar nәslinin adından götürülmüşdür. Rumıniyanın birlәşdirilmәsindә mühüm rol oynamış, 1859–62 illәrdә Rumıniya konstitusiyasını hazırlayan komitәnin iclasları F.-dә keçirilmişdir.