FOKUS, r i y a z i y y a t d a – 1) ikinci tәrtib әyrinin (ellipsin, hiperbolanın, parabolanın) F.-u – bu әyrinin müstәvisindә yerlәşәn nöqtә; әyrinin ixtiyari nöqtәsinin bu nöqtәdәn vә direktrisdәn olan mәsafәlәri nisbәti sabit kәmiyyәt olub ekssentrisitetә bәrabәrdir. 2) Adi diferensial tәnliyin mәxsusi nöqtәlәrindәn biri.