FOLADALAR, d ә n i z b u r u q i l b i z l ә r i (Pholas) – eyniadlı fәsilәnin (Pholadidae) ikitaylı dәniz mollyuskaları cinsi. Yollar vә tunellәr qazaraq möhkәm süxurları dağıdırlar (ikinci adı da buradandır); daşyonanlar qrupuna aiddirlәr. Çanağı uzanmış, uz 15 sm-әdәkdir. Tәpәsi (tayların yuxarıya çıxmış hissәsi) irәli sürüşmüş, 5 qoruyucu lövhәciklә örtülüdür. Tayların ön hissәsi dişciklidir; kilidi vә bağı yoxdur, taylar yalnız әzәlәlәrlә birlәşir. F.-ın 5 növü Atlantik vә Sakit okeanın tropik vә mülayim qurşaqlarında yaşayır. Qara dәnizdә litoraldan 500 m dәrinliyәdәk, әsasәn bәrk torpaqda dәniz buruqilbizi vә ya adi daşyonanlara (Pholas dactylus) rast gәlinir. Mollyusklar qazıdıqları yollarda yaşayırlar. 1 m2-dә 100 fәrd olmaqla yığıntılar әmәlә gәtirirlәr. Hermafroditdirlәr. Hidrotexniki qurğulara zәrәr vura bilirlәr. Biolüminisensiyaya qadirdirlәr.